[b]“Roma” Bakıya itki ilə gələcək - FOTO[/b]
24.09.2017 - 16:11
[b]“Roma” Bakıya itki ilə gələcək - FOTO[/b]

Çempionlar Liqasının qrup mərhələsinin ikinci oyununda “Qarabağ”la qarşılaşacaq “Roma” matça itki ilə çıxa bilər. Apasport.az saytının məlumatına görə, “canavarlar”ın oyunçusu Dieqo Perotti zədələnib.

 

Argentinalı yarımmüdafiəçi A seriyasının “Udineze” ilə oyununda xəsarət alıb. Futbolçunun ayağında geniş kəsik yaranıb. İtaliya mətbuatı iddia edir ki, Perotti qarşıdakı 10 gün komandasına kömək edə bilməyəcək.

 

29 yaşlı futbolçunun “Qarabağ”la matçla yanaşı “Milan”la oyunda da meydana çıxması şübhəlidir.

Qeyd edək ki, ÇL-in ikinci turunun “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

 

0