SİZİN REKLAM BURADA

Ruslan Qurbanov: Qışqırdı ki, kəs səsini!

“Yaxşı oynadıq, qələbə qazandıq. Bir anlıq hesabın da verdiyi rahatqlıla rəqibə qol vurmağa imkan versək də, yekunda 3 xal bizim oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin hcumçusu Ruslan Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının VI turunda öz meydanında “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar” 2:1 hesablı qələbəyə sevinib.

 

Oyundan sona açıqlama verən meydan sahiblərinin oyunçusu komanda yoldaşı Stiv Monrozla arasındakı insidentə də aydınlıq gətirib.

 

- Monrozla nə baş verdi?

- Oyuna sonradan daxil olmuşdum. Ona dedim ki, ötürmə ver. O isə ingiliscə qışqırdı ki, kəs səsini. Matç başa çatandan sonra yaxınlaşdım ki, sən meydanda tək deyilsən, driblinqin də öz vaxtı var, ötürmə vermək lazımdı. O isə mənə vurdu. Hadisə belə oldu.

 

- Tərlan Əhmədov “Neftçi”yə baş məşqçi təyin olunduqdan sonra həmin komandanın forması ilə paylaşdığınız şəkil müzakirələrə səbəb oldu. Bu nə ilə əlaqədar idi?

- Mən sadəcə çətin vəziyyətdə olan “Neftçi”yə uğur arzulamaq və dəstək olmaq üçün paylaşmışdım. Hiss olunur ki, oyunlarında da artım var. Başqa bir şey yox idi. “Qəbələ” ilə mövsümün sonuna kimi müqaviləm var. Bir şey olsa, mütləq xəbəriniz olacaq.

 

- Qriqorçuk insidentlə bağlı nə dedi?

- Heç nə demədi. Əşyalarımı yığdım və çıxdım.

 

- Monroza da heç nə demədi?

- Düzünü deyim, görmədim. Əsəbi idim, çıxdım. Orda olanlardan xəbərim yoxdu.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10