SİZİN REKLAM BURADA

Polina Rəhimova yenə hamını qabaqladı

Qadın voleybolçular arasında Avropa çempionatının A qrupunun ikinci matçı olan Azərbaycan – Polşa oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin 3:0 hesabı ilə qalib gəldiyi görüşün ən dəyərli oyunçusu Macarıstanla oyunda olduğu kimi bu dəfə də Polina Rəhimova seçilib.

 

Yığmamızın voleybolçu 30 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (22 xal) nominasiyasında da hamıdan güclü olub.

 

Ən yaxşı top qəbul edən isə rəqibin üzvüdür. Siyahıda Martina Qrayber hamını qabaqlayıb. Polşalıların digər oyunçusu Zuzanna Efimienko isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 4 dəfə rəqib hücumunun qarşısını alıb.

 

Faiq Qarayevin yetirmələrinin tam statistikasına gəlincə, Rəhimova 30, Natalya Məmmədova 13, Kseniya Poznyak 6, Olena Həsənova 5, Yelizaveta Səmədova 4, Kristina Yaqubova isə 3 xal toplayıb.

 

Qeyd edək ki, millimiz A qrupunda son oyununu Almaniyaya qarşı keçirəcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10