[b]Cüdoçularımız Serbiyadan 5 medalla qayıdır[/b]
25.09.2017 - 08:37
[b]Cüdoçularımız Serbiyadan 5 medalla qayıdır[/b]

Serbiyanın paytaxtı Belqradda keçirilən cüdo üzrə Avropa açıq çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə əsas heyətlə çıxış etməyən Azərbaycan millisi yarışın son günündə aktivinə daha 2 medal yazdırıb.

 

Ağır çəkidə mübarizə aparan Cəlil Şükürov gümüş, 81 kq çəki dərəcəsində yarışan Fəqan Quluzadə isə bürünc medal qazanıb.

 

Beləliklə, millimiz Serbiya turnirində 1 gümüş, 4 bürünc medala sahib olub.

0