[b]Avro-2017: Yığmamız məğlubiyyətsiz 1/4 finalda! - YENİLƏNİB[/b]
25.09.2017 - 20:29
[b]Avro-2017: Yığmamız məğlubiyyətsiz 1/4 finalda! - YENİLƏNİB[/b]

Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkib.

 

İlk 2 görüşdə set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də qalib gəlsə də, eyni uğuru təkrarlaya bilməyib. Komandamız Almaniyanı 3:1 hesabı ilə məğlub edərək məğlub olmadan 1/4 finala adlayıb.

 

Qeyd edək ki, Macarıstan artıq yarışla vidalaşıb. Polşa isə pley-offda rəqibini gözləyir.

 

 

Avro-2017

Qrup mərhələsi

25 sentyabr

A qrupu

III tur

 

Almaniya – Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)

Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

 

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

 

Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq,

Baş məşqçi: Feliks Kozlovski

 

1

Azərbaycan

3

3

0

9-1

244-191

9

2

Polşa

3

2

1

6-6

258-250

5

3

Almaniya

3

1

2

6-7

267-285

4

4

Macarıstan

3

0

3

2-9

220-263

0

 

 

0