[b]Azərbaycan çempionatı "ölür"...[/b]
25.09.2017 - 10:54
[b]Azərbaycan çempionatı "ölür"...[/b]

Azərbaycan Premyer Liqasının VI turu antirekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, üç gün davam edən turun qarşılaşmalar ən az marağa səbəb olması ilə diqqət çəkib.

 

Belə ki, turun 4 görüşünü cəmi 3900 tamaşaçı izləyib. Bu da orta hesabla hər oyuna 975 tamaşaçı deməkdi. Mövsümdə ilk dəfə 3 rəqəmlə ifadə olunan bu göstərici cari birincilik üçün antirekord sayılır.

 

Bunadək ən aşağı orta göstərici IV tura aid idi – 1167. Ümumiyyətlə, mövsümün startındakı ilk üç turda, yəni avqustda 1500-dən yuxarı olan orta tamaşaçı sayı sentyabra bu həddə yaxınlaşa bilməyib.

 

Antirekordla diqqət çəkən turda “Qarabağ” – “Sumqayıt” oyununu 1400, “Zirə” – “İnter” matçını 1200, “Qəbələ” – “Neftçi” qarşılaşmasını 1000 nəfər seyr edib. “Səbail” – “Kəpəz” görüşündə isə cəmi 300 tamaşaçı qeydə alınıb.

 

Ümumilikdə isə 6 turun 23 qarşılaşmasını vur-tut 34446 tamaşaçı izləyib. Bu isə iki gündən sonra keçiriləcək “Qarabağ” – “Roma” matçına satılan biletin sayından təxminən iki dəfə azdı.

 

Tur

oyun

tamaşaçı

orta tamaşaçı

I

4

7526

1882

II

4

6300

1575

III

4

8100

2025

IV

3

3500

1167

V

4

5120

1280

VI

4

3900

975

Cəmi

23

34446

1498

 

0