SİZİN REKLAM BURADA

“Roma” Milan və London yox, Bakı səfərindən qorxur

Mövsümə uğurlu start götürən “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Roma” üçün ağır qrafik başlayır. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, paytaxt təmsilçisi üçün qarşıdakı bir ay həlledici hesab edilir.

 

Belə ki, italiyalı həmkarlarımız “Roma”nı oktyabrda 7 çətin görüş gözlədiyini və bu mərhələnin çox önəmli olduğunu vurğulayıblar. “Canavarlar” üçün, xüsusən də, qarşıdakı 5 oyun mühümdü. Çünki “Qarabağ”la matç da daxil olmaqla, növbəti 5 qarşılaşmanın 4-ü səfərdədi.

 

 

Komanda sentyabrın 27-dəki Bakı səfərindən sonra oktyabrın 1-də “Milan”, 18-də “Çelsi”, 22-də isə “Torino”nun qonağı olacaq. Bu arada “Napoli” ilə ev görüşü (14 oktyabr) də baş tutacaq.

 

Maraqlıdı ki, italyanları ən çox qorxudan səfər Bakıdı. Çünki Eysebio Di Françeskonun yetirmələri “Qarabağ”la görüş üçün uzun yol qət etməli olacaqlar. Gəliş-gedişdən sonrakı ağır Milan səfəri, Bakıdakı fərqli mühit və yorğunluq amili “Roma”nın məşqçilər korpusunu ciddi şəkildə narahat edir. Bu üzdən də Di Françeskonun Azərbaycan çempionu ilə görüşdə bəzi aparıcı oyunçulara istirahət verməsi gözlənilir.

 

Qeyd edək ki, “Roma” oktyabrda keçirəcəyi son 3 matçda “Krotone” (25 oktyabr), “Bolonya” (28 oktyabr) və “Çelsi”ni (31 oktyabr) qəbul edəcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10