SİZİN REKLAM BURADA

“Neftçi” antirekordunu təkrarladı

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” 1:2 hesabı ilə uduzub. Apasport.az saytını məlumatına görə, bu, texniki nəticəni də nəzərə alsaq, paytaxt klubunun ardıcıl 6-cı səfər məğlubiyyəti olub.

 

Bakılılar rəqib meydanında sonuncu dəfə fevralın 27-də xal qazanıb. AZAL-a 1:0 hesabı ilə qalib gələndən sonra “Neftçi” ancaq öz meydanında xal əldə edib. Ötən mövsümün son iki səfərində “Sumqayıt” və “Kəpəz”ə eyni – 0:2 hesabı ilə uduzan “ağ-qaralar” “Zirə” ilə görüşdə texniki məğlubiyyətə üzülüb. Cari mövsüm 3 dəfə səfərə çıxan ölkənin ən titullu klubu “Səbail” və “Sumqayıt”a eyni – 0:1, “Qəbələ”yə 1:2 hesabı ilə yenilib. Rəqib meydanındakı məğlubiyyət sayını 6-ya çatdıran “Neftçi” klub tarixinin Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb.

 

Paytaxt təmsilçisi bunadək iki dəfə - 2012-ci və 2016-cı illərdə də ardıcıl 6 səfər matçında xala həsrət qalmışdı. İndiki seriyadan fərqli olaraq, həmin uğursuzluq zolaqlarında texniki məğlubiyyət olmayıb. Belə sindromu üçüncü dəfə yaşayan “Neftçi” növbəti səfər matçını VII turda “İnter”ə qarşı keçirəcək.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10