[b]Bundestimdə daha bir itki: Azərbaycanla oyunu buraxacaq[/b]
25.09.2017 - 13:12
[b]Bundestimdə daha bir itki: Azərbaycanla oyunu buraxacaq[/b]

Almaniya yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundestimin müdafiəçisi Benedikt Hövedes sıradan çıxıb.

 

Yay fasiləsində “Yuventus”un “Şalke”dən icarəyə götürdüyü 29 yaşlı oyunçu məşq zamanı zədələnib. Təcrübəli futbolçunun baldırındakı əzələdə problem yaranıb. Klubun rəsmi saytının yaydığı məlumata əsasən, Hövedesin 1 ay yaşıl meydanlardan kənarda qalmaq ehtimalı böyükdü. Yeni sağalmasına baxmayaraq, eyni yerdən zədələnən Hövedes hələ də “Yuve”nin heyətində debüt edə bilməyib.

 

Onun sıradan çıxması o deməkdi ki, futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Şimali İrlandiya və 8-də Azərbaycana qarşı keçiriləcək qarşılaşmaları buraxacaq.

 

Qeyd edək ki, Almaniya millisinin qapıçısı Manuel Noyer də zədəli olduğu üçün yığmamızla qarşılaşmada çərçivəni qoruya bilməyəcək.

0