SİZİN REKLAM BURADA

Yenə Azərbaycan – İtaliya dueli, yenə Dias

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” – “Roma” matçına təyinat alan Artur Dias tanış referidi. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hakim ikinci dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.

 

Dias indiyə qədər bir dəfə komandamızın oyununda ədalət təmsilçisi olub. Maraqlıdı ki, Dias 2012-ci il oktyabrın 11-də Azərbaycan və İtaliyanın klubları yox, yığmalarını meydana çıxarıb. İsveçdə 19 yaşadək futbolçular arasında baş tutan AÇ-2012-nin seçmə mərhələ görüşü italyanların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Qapıçı Orxan Sadıqlının 11-ci dəqiqədə qırmızı vərəqə aldığı matçda komandamızdan Fuad Bayramov, Müşfiq Teymurov və Nurlan Novruzov “sarı”ya “qonaq olublar”. U-19 yığmamızın yeganə qoluna Rəhman Hacıyev penaltidən imza atıb. Hazırda “Qarabağ”ın formasını geyinən Elşən Abdullayev həmin oyunu ehtiyatdan izləyib.

 

2015-ci ildə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri “Monako” ilə “Tottenhem”in (1:1) Fransadakı qarşılaşmasını idarə edən Artur Dias beynəlxalq arenada 65 matçda fit çalıb. Bu görüşlərdə 199 sarı, 11 qırmızı vərəqəyə əl atan 38 yaşlı referi 15 dəfə də penalti nöqtəsini göstərib.

 

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10