SİZİN REKLAM BURADA

“Prosineçki məni yığmada görmək istəmir” - Dadaşov

“Dinamo”ya keçəndə qarşıma məqsəd qoymuşam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov deyib.

 

26 yaşlı hücumçunun çıxış etdiyi “Dinamo” klubu Almaniyanın Şimal-Şərq Regional Liqasının VIII turunda “Bautzen”i 5:0 hesabı ilə üstələyib. Dadaşov bu görüşdə 3 qol vuraraq, matçın qəhrəmanı olub.

 

Rüfət Almaniya mətbuatına açıqlamasında het-trikə imza atması haqda danışıb. O, komandasının qələbəsinin daha böyük rol oynadığını bildirib: “Het-trik etməyim əla oldu. Amma məni daha çox nəticə maraqlandırır. Komandamın qələbə qazanması daha vacibdi. Oyunumuzu yavaş-yavaş gücləndiririk. Ötən turda “Energi”yə uduzmuşduq. Bu qələbə ilə məyusluğu üzərimizdən ata bildik”.

 

Dadaşov söhbət əsnasında vaxtilə Azərbaycan yığmasının formasını geyindiyi xatırladıb. O, millimizin hazırkı çalışdırıcısı Robert Prosineçkinin gəlişindən sonra isə diqqətdən kənarda qaldığını qeyd edib: “Berti Foqts yığmanın baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma yeni çalışdırıcı gələndən sonra vəziyyət dəyişdi. O, məni yığmada görmək istəmir. Ümumiyyətlə, hazırkı baş məşqçi 3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir”.

 

Almaniya mətbuatı Rüfət Dadaşovun vurduğu qollarla Robert Prosineçkiyə layiqli cavab verdiyini yazıb. Onlar həmyerlimizə işinə daim bu cür yanaşmağı və qollarını sıralamağı məsləhət görüb.

 

2013-2014-cü illərdə millimizin şərəfini qorumuş Rüfət Dadaşov 16 oyunda 4 qola imza atıb.

 

Qeyd edək ki, Rüfətin qardaşı Renat Dadaşov isə hazırda Azərbaycan yığmasının üzvüdü. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marino ilə keçirilmiş matçda (5:1) millimizin heyətində debüt edib.

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10