[b]“Roma”da daha bir itki: milli üzvü Bakıya gəlməyəcək[/b]
25.09.2017 - 15:56
[b]“Roma”da daha bir itki: milli üzvü Bakıya gəlməyəcək[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın heyətlə bağlı problemləri davam edir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “canavarlar”da zədəlilərin sırasına daha bir futbolçu qoşulub.

 

Yarımmüdafiəçi Dieqo Perottidən sonra müdafiəçi Ektor Moreno da sıradan çıxıb. A seriyasında “Udineze” ilə (3:1) matçın son 16 dəqiqəsində meydanda olan Meksika millisinin üzvü dünənki məşqdə iştirak etməyib. Sol ayağında zədəsi olan mərkəz müdafiəçisinin Bakıya gələcək heyətdə yer almayacağı artıq dəqiqləşib. 29 yaşlı futbolçunun müalicəsinə start verilib.

 

Qeyd edək ki, qeyd edək ki, “Qarabağ” – “Roma” görüşü sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

0