SİZİN REKLAM BURADA

“Qarabağ”a qarşı kimlər oynamayacaq?

Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Roma”nın əksər zədəli futbolçularının durumuna aydınlıq gəlib. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, Patrik Şik və Ektor Morenodan savayı, “canavarlar”ın daha bir neçə oyunçusu Bakıdakı görüşdə iştirak etməyəcək.

 

Zədəsini sağaldan Dieqo Perotti kollektivlə məşqlərə qatılıb. Bununla belə, onun “Qarabağ”a qarşı oynayıb-oynamayacağı hələ müəyyənləşməyib. Baş məşqçi Eysebio di Françesko bununla bağlı qərarı Bakı səfərindən öncə verəcək.

 

Sol dizindən aldıqları zədəni sağaltmaqla məşğul olan Emerson Palmieri və Luka Pelleqrini, həmçinin 6-8 həftəlik sıradan çıxan Adbullahi Nura isə “Qarabağ”la matçda iştirak etməyəcək. Bundan əlavə, Rik Karsdorpun əzəli yorğunluğu var.

 

“Qarabağ”la oyunla əlaqədar, di Françesko çempionat matçından sonra komandaya istirahət verməyib.

 

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da start götürəcək.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10