SİZİN REKLAM BURADA

“Azərbaycanla matç çox ağır olacaq” – almaniyalı hücumçu

“Macarıstanla oyun bizim üçün çox çətin alındı. İkinci setdəki oyun bizə heç lazım deyil. Amma komanda yoldaşlarımla fəxr edirəm ki, üçüncü hissədə toparlana bildik”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin voleybolçusu Luiza Lippmann deyib.

 

23 yaşlı hücumçu Azərbaycan və Gürcüstanın ev sahibliyi etdiyi Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Faiq Qarayevin yetirmələri ilə birgə A qrupunda yer alan Lippmann Macarıstanla (3:1) qrup mərhələsinin II turundakı oyununun heç də asan keçmədiyini deyib: “Rəqibin sonadək mübarizə aparacağını bilirdik. Onların lideri Qreta Şakmari çox güclüdü. Lakin biz blokda yaxşı çıxış etdik. Xoşbəxtəm ki, növbəti mərhələyə yüksəldik”.

 

O, bu gün Azərbaycanla keçirəcəkləri oyuna da toxunub. Hücumçu qeyd edib ki, yığmamızla görüşdə sonadək döyüşəcəklər: “Azərbaycanla matç çox ağır olacaq. Evdə oynayan rəqibin heyətin ulduz oyunçular var. Biz isə çox gənc komandayıq. Amma mübarizə aparacağıq. Uğur qazana bilərik. Növbəti mərhələdə də bizi çətin rəqiblər gözləyir. Çünki Rusiya, Bolqarıstan və Türkiyə yığmalarından biri ilə oynamalı olacağıq”. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10