SİZİN REKLAM BURADA

“Onun məqsədi daha yaxşı müqavilə imzalamaq idi” - Ançelotti

“Yenidən “Park de Prens”ə ayaq basdığım üçün şadam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti deyib.

 

Münhen klubu Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 27-də PSJ-nin qonağı olacaq.

 

Sabiq komandası ilə qarşılaşacaq Ançelotti Fransa mətbuatına açıqlama verib: “Tiaqo Silva, Rabio, Motta, Verratti və Pastore kimi futbolçularla, həmçinin PSJ azarkeşləri ilə yenidən görüşmək məni sevindirir. Həmişə yaxşı münasibətdə olmuşuq. Onlar üçün darıxıram”.

 

Ançelotti yayda adı “Barselona” ilə birgə hallanan, lakin Paris klubunda qalan Marko Verratti haqda maraqlı fikir səsləndirib. O, həmyerlisinin PSJ ilə yeni müqavilə imzalamaq ərəfəsində “Barsa”nın adından istifadə etdiyini bildirib: “Mənə bu cür söhbətlər xoş gəlmir. Transfer dövründə öz komandasını tərk etmək istəyən futbolçuların sayı az olmur. Verratti PSJ ilə daha yaxşı müqavilə imzalamaq istəyirdi. Məqsədi bu idi. Mən onu yaxşı tanıyıram”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10