SİZİN REKLAM BURADA

“Rəqiblə ayaqlaşa bilmədik” – Almaniya millisinin oyunçusu

“Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Hətta qarşımızda meydan sahibi və çox güclü Azərbaycan yığması olsa da, bu, fərq eləmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə Almaniya millisinin voleybolçusu Lenka Dürr deyib.

 

Azərbaycan və Gürcüstanın birlikdə təşkil etdikləri qadınlar arasında Avropa çempionatının A qrupunda millimizlə qarşılaşan və 1:3 hesabı ilə uduzan “bundestim”in liberosu oyundan sonra fikirlərini bölüşüb: “Matça çox inamlı başladıq və ilk setdə qalib gəldik. Bu, bizim üçün yaxşı psixoloji dəstək oldu. Düşünürdük ki, belə davam edə biləcəyik, ancaq keyfiyyət və təcrübə baxımından rəqiblə ayaqlaşa bilmədik. Bizim komandamız çox gəncdir, rəqib isə uzun müddətdir bir yerdə oynayan, güclü oyunçulardan qurulub, ona görə də bizə çətin anlar yaşatdılar”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10