[b]“Həmişəkindən daha güclü qayıdacağıq” – Kseniya Poznyak[/b]
26.09.2017 - 00:08
[b]“Həmişəkindən daha güclü qayıdacağıq” – Kseniya Poznyak[/b]

“Çox çətin oyun idi. İlk setdə öz ritmimizi tapa bilmidrik. Ancaq sonradan öz bildiyimiz kimi oynamağa başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə qadınlardan ibarət milli komdanamızın oyunçusu Kseniya Poznyak deyib.

 

Azərbaycan və Gürcüstanın birlikdə təşkil etdikləri qadınlar arasında Avropa çempionatının A qrupunda Almaniya ilə qarşılaşan və 3:1 hesablı qələbə qazanan komandamızın hücumçusu matç haqqında fikirlərini bölüşüb: “Bir neçə oyunçumuz bu gün formada olmasa da, bilirdik ki, bizə qələbə lazımdı. İndi isə qrupdakı çətin oyunlardan sonra bir qədər dincəlməli və 1/4 finala fokuslanmalıyıq. Bir neçə gündən sonra həmişəkindən daha güclü olaraq geri qayıdacağıq”.

 

Qeyd edək ki, millimiz bu qələbə ilə qrup naməğlub başa vuraraq 1/4 finala yüksəlib.

0