Azərbaycan və Gürcüstanın birlikdə təşkil etdiyi qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, artıq turnirin bütün pley-offçuları və 4 1/4 finalçısı bəllidir.
Rusiya, Serbiya, İtaliya ilə yanaşı millimiz də birbaşa 1/4 finala adlayıb.
Çexiya, Belarus, Hollandiya və Xorvatiyanın pley-offda yarışacağı əvvəldən məlum idisə, Polşa, Türkiyə, Bolqarıstan və Almaniya da bu sıraya qoşulub.
Pley off və 1/4 finalda cütlükləri aşağıdakı kimi müəyyənləşib.
Pley off
26 sentyabr
18:00. Belarus – Çexiya
20:30. Hollandiya – Xorvatiya
27 sentyabr
Polşa – Türkiyə
Bolqarıstan – Almaniya
1/4 final
28 sentyabr
İtaliya – Hollandiya/Xorvatiya
Serbiya – Belarus/Çexiya
29 sentyabr
Azərbaycan – Bolqarıstan/Almaniya
Rusiya – Polşa/Türkiyə