[b]Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB[/b]
27.09.2017 - 00:40
[b]Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB[/b]

Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti sınağına çıxıb.

 

İlk oyun gününün bütün matçları eyni vaxtda başlayıb. E qrupunda ilk tur heç-heçələrlə əlamətdar olduğundan komandalar qələbə hesabını açmaq uğrunda mübarizə aparıb. “Liverpul”un Rusiya səfərində istəyinə çata bilməsə də, “Sevilya” evdə bunu bacara bilib.

 

F qrupunda liderlər üz-üzə gəlib. “Mançester Siti” öz meydanında “Şaxtyor”u məğlub edərək vahid liderliyə yüksəlib. İlk turdan xalsız ayrılan “Napoli” isə “Feyenoord”la ev matçında bu uğursuzluğu unutdurub.

 

Azərbaycan futbolsevərləri üçün ilk oyun gününün ən gözlənilən matçı İstanbulda olub. Qonşu Türkiyənin təmsilçisi “Beşiktaş” “Leypsiq”i qəbul edib. Görüş 2:0 hesabı ilə istanbulluların xeyrinə başa çatıb. “Porto” üzərində gözlənilməz səfər qələbəsi ilə yarışa start verən “ağ-qaralar” liderliyini möhkəmlədib. Portuqaliya klubu isə çətin Monako səfərində eyniadlı kluba 3 cavabsız qol vurub.

 

H qrupunda diqqətlər Dortmunda yönəlib. Yerli “Borussiya” evdə “Real”a boyun əyməli olub. “Tottenhem”in də ikinci qələbəsini qazanması isə almaniyalıları çətin vəziyyətə salıb.

 

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

26 sentyabr

 

E qrupu

“Spartak” (Rusiya) - “Liverpul” (İngiltərə) - 1:1

Qollar: Fernando, 23 - Koutinyo, 31

 

“Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya) - 3:0

Qollar: Ben Yedder, 27, 38, 83

 

1.

Sevilya

2

1

1

0

5:2

4

2.

Liverpul

2

0

2

0

3:3

2

3.

Spartak

2

0

2

0

2:2

2

4.

Maribor

2

0

1

1

1:4

1

 

 

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) - 2:0

Qollar: De Brün, 48, Sterlinq, 90

 

“Napoli” (İtaliya) - “Feyenoord” (Hollandiya) - 3:1

Qollar: İnsinye, 7, Mertens, 49, Kallexon, 70 - Amrabat, 90+3

 

1.

Mançester Siti

2

2

0

0

6:0

6

2.

Şaxtyor

2

1

0

1

2:3

3

3.

Napoli

2

1

0

1

4:3

3

4.

Feyenoord

2

0

0

2

1:7

0

 

 

G qrupu

“Monako” (Fransa) - “Porto” (Portuqaliya) - 0:3

Qollar: Abubakar, 31, 69, Layun, 89

 

“Beşiktaş” (Türkiyə) - “Leypsiq” (Almaniya) - 2:0

Qol: Babel, 11, Talişka, 43

 

1.

Beşiktaş

2

2

0

0

5:1

6

2.

Porto

2

1

0

1

4:3

3

3.

Leypziq

2

0

1

1

1:3

1

4.

Monako

2

0

1

1

1:4

1

 

 

H qrupu

APOEL (Kipr) - “Tottenhem” (İngiltərə) - 0:3

Qollar: Keyn, 39, 62, 67

 

“Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya) - 1:3

Qollar: Obameyanq, 54 - Beyl, 18; Ronaldo, 50, 79

 

1.

Tottenhem

2

2

0

0

6:1

6

2.

Real

2

2

0

0

6:1

6

3.

Borussiya D.

2

0

0

2

2:6

0

4.

APOEL

2

0

0

2

0:6

0

0