[b]Yığmamız Tiflisdə məğlub oldu[/b]
26.09.2017 - 09:12
[b]Yığmamız Tiflisdə məğlub oldu[/b]

Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

 

Oyun meydan sahibi komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin hər iki qolunu Samir Qasımov vurub.

 

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sentyabrın 27-də keçiriləcək.

 

0