[b]Araz Abdullayev oynamadı, komandası qalib gəldi[/b]
26.09.2017 - 09:36
[b]Araz Abdullayev oynamadı, komandası qalib gəldi[/b]

Millimizin futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” klubu növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, komanda Kipr çempionatının V turu çərçivəsində “Doxa”nı qəbul edib.

 

Oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Araz bu dəfə meydana çıxmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 


Qeyd edək ki, 5 turdan sonra aktivində 13 xal olan “Anortosis” turnir cədvəlinin lideridi.

0