[b]Anşlaqda ilk xal arzusu[/b]
26.09.2017 - 10:19
[b]Anşlaqda ilk xal arzusu[/b]

Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşacaq.

 

İtaliya təmsilçisi ilə matç Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşəcək. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biləcək.

 

Bakı Olimpiya Stadionunda baş tutacaq tarixi qarşılaşmaya hər iki komanda yüksək əhval-ruhiyyədə çıxacaq. Belə ki, rəqiblər ölkə çempionatındakı növbəti qələbədən sonra avrokubokda da eyni uğura köklənib.

 

İlk turun “Çelsi” ilə görüşü ərəfəsində çempionat matçı təxirə salınan və bunun acısını Londonda yaşayan Qurban Qurbanovun yetirmələri “Roma” ilə matç ərəfəsində böyük hesablı qələbə əldə edib. Çempionumuz “Sumqayıt”dan güclü olub – 4:1. “Canavarlar” isə İtaliya çempionatında “Udineze”ni 3:1 hesabı ilə üstələyib.

 

“Qarabağ” Çempionlar Liqasının debütantı olduğundan qarşılaşmanın favoriti qonaqlar hesab olunur. İlk matçında “Atletiko” ilə qolsuz heç-heçə edən Eysebio de Françeskonun yetirmələri azarkeşlərinin gözlədiyi qələbəni Bakıda əldə etmək niyyətindədi. Heyətində ulduz futbolçular da yer alan Apennin təmsilçisi növbəti mərhələyə vəsiqə üçün mübarizədə vacib olan xalları səfərdə qazanmağa iddialıdı.

 

“Çelsi” şokunu unutdurmaq əzmində olan “Qarabağ” isə ilk ev oyununda sensasiya etmək üçün mübarizə aparacaq. Qrup mərhələsində qazanılacaq ilk xal inandırıcı olmasa da, “Stemford Bric”dəki biabırçılığı sığortalamaq üçün zəruridi. Bakı Olimpiya Stadionunda olacaq anşlaqı nəzərə alsaq, fanatların dəstəyi də çempionumuzun lehinə olacaq. 70 minə yaxın tamaşaçının eyni görüşə toplaşması da Azərbaycan futbolu tarixində yeni rekord olacaq. “Qarabağ” bu rekordun müəllifi olan azarkeşlərini uğurlu nəticə ilə sevindirməyə borcludu.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlayacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

C qrupu

27 sentyabr

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya Stadionu

 

1.

Çelsi

1

1

0

0

6-0

3

2.

Roma

1

0

1

0

0-0

1

3.

Atletiko

1

0

1

0

0-0

1

4.

Qarabağ

1

0

0

1

0-6

0

 

 

0