[b]Avro-2017: Belarus və Hollandiya 1/4 finalda - YENİLƏNİB[/b]
26.09.2017 - 22:17
[b]Avro-2017: Belarus və Hollandiya 1/4 finalda - YENİLƏNİB[/b]

Qadın voleybolçular arasında Avropa çempionatında bu gün pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Bakıda davam etdirilən yarışın növbəti günündə 2 görüş baş tutub.

 

Milli Gimnastika Arenasında təşkil olunacaq ilk matçda Belarusla Çexiya üz-üzə gəlib. Qarşılaşma gözlənildiyi kimi tay-brekə kimi uzanıb. Gərgin keçən mübarizənin qalibi Belarus olub. 0:2 hesabı ilə uduzan belaruslular sonradan toparlanaraq 3:2 hesaı ilə qalib gəliblər və 1/4 finalda Serbiyaya rəqib olublar.

 

Günə Hollandiya – Xorvatiya dueli ilə yekun vurulub. Oyunun favoriti hesab olunan “narıncılar”ın asan qələbə ilə 1/4 finala yüksəlib və İtaliya ilə üz-üzə gələcək.

 

Avro-2017

Pley-off mərhələsi

26 sentyabr

Belarus – Çexiya - 3:2 (18:25, 23:25, 27:25, 25:22, 17:15)

 

Hollandiya - Xorvatiya - 3:0 (25:18, 25:8, 25:21)

 

0