[b]Fərid Nəbiyevli “Slaviya” məğlubiyyətə üzüldü[/b]
26.09.2017 - 10:46
[b]Fərid Nəbiyevli “Slaviya” məğlubiyyətə üzüldü[/b]

Çexiya çempionatında çıxış edən klubların U-21 komandalarının liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclər komandası “Teplitse”ni qəbul edib.

 

Oyun praqalıların 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Start heyətində yer almayan Fərid 72-ci dəqiqədə, komandası 0:3 hesabı ilə geridə olduğu vaxtda meydana çıxıb.

 

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Nəbiyev 2 gün öncə “Slaviya”nın U-19 komandasının heyətində də oyun keçirmişdi. 

0