[b]“Ronaldo və Messiyə yaxınlaşıram” - Keyn[/b]
26.09.2017 - 11:21
[b]“Ronaldo və Messiyə yaxınlaşıram” - Keyn[/b]

“Tottenhem”in hücumçusu Harri Keyn maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, cari mövsümə yaxşı başlayan 24 yaşlı futbolçu özünü Kriştianu Ronaldo və Lionel Messi ilə müqayisə edib.

 

“The Telegraph” nəşrinə danışan Keyn onların səviyyəsinə çatmaq istədiyini bildirib: “Mən Ronaldo və Messinin uğurlarından ilhamlanıram. Müasir dövrdə sosial şəbəkələrdə azarkeşlərin fikirlərindən qorunmaq çətindi. İnsanlar hesab edirlər ki, dünyanın ən yaxşı futbolçularından biri olmağa hazıram. Özüm də bunu istəyirəm. Ronaldo və Messiyə yaxınlaşıram. Dünyanın elit futbolçularının sırasına düşməyə köklənmişəm”.
 

Keyn cari mövsümdə ümumilikdə 7 oyunda 6 qola imza atıb.

 

Qeyd edək ki, “Tottenhem”un yetirməsi olan Harri Keyn 2015-ci ildən İngiltərə yığmasının da şərəfini qoruyur.

 

 

 

0