Çempionlar Liqasında “Roma” ilə sabah keçiriləcək qarşılaşma “Qarabağ” üçün əlamətdardı. Apasport.az saytının məlumatına görə, beşqat Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununu keçirəcək.
Çempionlar Liqasında 2014-cü ildə debüt edən Ağdam klubu indiyədək 19 matç keçirib. Hesabında 9 qələbə olan “Qarabağ” sensasiyaya imza atsa, bu rəqəmi də yubileyə boyaya bilər. 10-cu qələbənin astanasında dayanan Qurban Qurbanovun yetirmələri 6 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapılarından 21 top keçirən ağdamlılar 14 qola üzülüb.
Əyalət təmsilçisi 10-cu dəfə Çempionlar Liqasının matçını evdə keçirəcək. Bu yubileyədək 9 dəfə doğma publika önünə çıxan “Qarabağ” məğlubedilməz imici qazanıb. İndiyədək heç bir rəqib Bakıda ağdamlıları məğlub etməyib. İlk arzusunda olan “Roma”yadək ağdamlılar 5 qələbə qazanıb, 4 heç-heçə edib. Təmsilçimiz ev görüşlərində 15 qol vurub və yalnız 2-ni buraxıb.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Roma” oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.