[b]Ernesto Valverde Qurban Qurbanovu sıxışdırdı[/b]
26.09.2017 - 12:36
[b]Ernesto Valverde Qurban Qurbanovu sıxışdırdı[/b]

Çempionlar Liqasının qeyri-adi rəmzi komandası açıqlanıb. Apasport.az saytı xəbər verir ki, qrup mərhələsinin iştirakçısı olan 32 klubun baş məşqçiləri arasında seçim edən UEFA onlardan 11 nəfəri seçib.

 

İndiki baş məşqçilər futbolçu karyeralarına görə rəmzi yığmaya daxil edilib. Azərbaycan təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müstəqillik illərində ölkəmizin ən yaxşı hücumçularından olsa da, UEFA-nın “11-liy”indən uzaq qalıb. Millimizin tarixinə ən yaxşı bombardir kimi düşən Qurbanovun yer almadığı yığmada yalnız bir hücumçu var. Bu da onunla bağlıdı ki, komanda 3-5-1-1 sistemi ilə qurulub. “Barselona”nın baş məşqçisi Ernesto Valverde hücumdakı yeganə yer uğrunda bütün rəqiblərini, o cümlədən  Qurbanovu bu mövqedən sıxışdırıb.

 

“Qarabağ”ın qrupdakı rəqiblərindən “Çelsi” və “Atletiko” da rəmzi yığmada təmsil olunub. Antonio Konte və Dieqo Simeone yarımmüdafiə xəttində “komanda yoldaşı”na çevriliblər. “11-liy”in ən güclü yeri də məhz onların da yer aldığı orta sahədi.

 

Qapıçı

Şenol Günəş (Beşiktaş)

Mərkəz müdafiəçiləri

Maurisio Poçettino (Tottenhem)

Massimo Karrera (Spartak)

Darko Milaniç (Maribor)

Sağ cinah oyunçusu

Serjio Konseysao (Porto)

Sol cinah oyunçusu

Covanni van Bronxorst (Feyenoord)

Yarımmüdafiəçilər

Antonio Konte (Çelsi)

Dieqo Simeone (Atletiko)

Xosep Qvardiola (Mançester Siti)

Hücumameylli yarımmüdafiəçi

Zinəddin Zidan (Real)

Hücumçu

Ernesto Valverde (Barselona)

 

 

 

0