[b]Millimizin rəqibinin heyəti açıqlandı[/b]
26.09.2017 - 13:04
[b]Millimizin rəqibinin heyəti açıqlandı[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizlə birlikdə C qrupunda mübarizə aparan Şimali İrlandiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, gələn ay Almaniya və Norveçlə qarşılaşacaq britaniyalıların baş məşqçisi Maykl Onil 26 futbolçuya dəvət göndərib.

 

Bunlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudu.

 

Qapıçılar: Maykl Makqovern (“Norviç”, İngiltərə), Alan Mannus (“Sent-Conston”, Şotlandiya), Roy Kerroll (“Linfild”)

Müdafiəçilər: Aaron Hyuz (“Harts”, Şotlandiya), Qaret Makauli, Conni Evans, Kris Brant (hamısı “Vest Bromviç”, İngiltərə), Konor Maklaulin (“Milluoll”, İngiltərə), Li Hodson (“Reyncers”, Şotlandiya), Adam Tompson (“Bredford Siti”, İngiltərə), Daniel Lafferti (“Şeffild Yunayted”, İngiltərə), Tom Flanaqan (“Barton”, İngiltərə)

Yarımmüdafiəçilər: Stiven Deyvis (“Sauthempton”, İngiltərə), Nayall Makqinn (“Qvanqju”, Cənubi Koreya), Oliver Norvud (“Fulhem”, İngiltərə), Korri Evans (“Bləkbörn”, İngiltərə), Şeyn Ferqyuson, Corc Saville (hər ikisi “Milluoll”, İngiltərə), Stüart Dallas (“Lids”, İngiltərə), Metti Land (“Barton”, İngiltərə), Pol Paton (“Sent-Conston”, Şotlandiya), Cordan Cons (“Kilmarnok”, Şotlandiya)

Hücumçular: Kayl Lafferti (“Harts”, Şotlandiya), Coş Magennis (“Çarlton”, İngiltərə), Konor Vaşinqton (“Kuinz Park Reyncers”, İngiltərə), Şey Makkartan (“Bredford”, İngiltərə)

 

Qeyd edək ki, Almaniya yığmasını oktyabrın 5-də qəbul edəcək Şimali İrlandiya millisi Norveçlə 3 gün sonra səfərdə qarşılaşacaq.

0