[b]“Qarabağ”ın evdə ilk sınağı[/b]
26.09.2017 - 15:00
[b]“Qarabağ”ın evdə ilk sınağı[/b]

Bu gün Gənclər Liqasında Çempionlar yolunun II turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək tur Azərbaycan çempionu “Qarabağ”ın ilk ev oyunu ilə əlamətdar olacaq.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 öz meydanında “Roma” ilə görüşəcək. Bu matç yarışın qrup mərhələsinin Bakıda baş tutan ilk oyunu olacaq.

 

Turnirə Londondakı biabırçı məğlubiyyətlə başlayan “Qarabağ” “Çelsi”yə 0:5 hesablı yenilgini unutdurmağa çalışacaq. Sadıqovun yetirmələri ilk xalını autsayderlərin duelində qazanmaq niyyətindədi. “Atletiko”ya 1:2 hesabı ilə uduzan “Roma” da qələbəyə köklənib.

 

Rumıniyalı hakimlər briqadasının idarə edəcəyi oyun “Azərsun Arena”da baş tutacaq. Lakin idman qurğularında reklam tipli adların əleyhinə olan UEFA matçın keçiriləcəyi məkanı “Qarabağ” stadionu kimi tanıyır. Görüş saat 14:00-da başlayacaq.

 

Gənclər Liqası

Çempionlar yolu

II tur, C qrupu

27 sentyabr

14:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)

Baş hakim: Horatiu Fesniç

Baş hakimin köməkçiləri: Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya)

Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Haim Yakov  (İsrail)

Bakı. “Qarabağ” stadionu

 

1

Çelsi

1

1

0

0

5-0

3

2

Atletiko

1

1

0

0

2-1

3

3

Roma

1

1

0

0

1-2

0

4

Qarabağ

1

0

0

1

0-5

0

 

0