[b]Zidan PSJ-nin futbolçusunu istəyir[/b]
26.09.2017 - 16:16
[b]Zidan PSJ-nin futbolçusunu istəyir[/b]

Almaniya yığmasının futbolçusu Yulian Draksler PSJ-dən ayrıla bilər. Apasport.az saytı “Don Balon” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İspaniyadan təklif alıb.

 

Belə ki, Madrid “Real”ı Drakslerin xidmətində maraqlıdı. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan onun oyununu bəyənir. Fransalı çalışdırıcı rəhbərliklə söhbətində Draksleri ixtiyarında görmək istədiyini bildirib.

 

Bundan sonra hərəkətə keçən “Real” rəhbərliyi qarşı tərəflə danışıqlara start verib. İspanlar Draksleri yanvarda transfer etməyi planlaşdırırlar. Parislilərin bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, “Şalke”nin yetirməsi olan Yulian Draksler PSJ-yə bu ilin əvvəlində “Volfsburq”dan keçib. O, hazırkı komandasında ümumilikdə 29 oyunda 10 qola imza atıb.

 

0