[b]“Qarabağ”ın futbolçusu yığmaya çağırıldı [/b]
26.09.2017 - 16:35
[b]“Qarabağ”ın futbolçusu yığmaya çağırıldı [/b]

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda çıxış edən daha bir komandanın heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, söhbət Norveç yığmasından gedir.

 

Oktyabrın 5-də səfərdə San Marino, 3 gün sonra isə evdə Şimali İrlandiya ilə qarşılaşacaq milliyə 23 futbolçu çağırılıb. Baş məşqçi Lars Laqerbekin dəvət göndərdiyi oyunçuların sırasında “Qarabağ”ın üzvü Tarik Elyunussi də var.

 

Qapıçılar: Sten Qritebust, Oryan Niland, Rune Yarsteyn

Müdafiəçilər: Omar Elabdellaui, Birger Melinq, Tore Reqiniussen, Havard Nordtveyt, Yonas Svensson, Jorgen Şelvik, Siqurd Rosted, Qustav Valsvik

Yarımmüdafiəçilər: Sander Berge, Yo İnqe Berqet, Mats Möller Dehli, Stefan Yohansen, Martin Linnes, Ole Selnaes, Markus Henriksen

Hücumçular: Pal Andre Helland, Tarik Elyunussi, Coşua Kinq, Aleks Sörlot, Aleksander Söderlunn

 

Qeyd edək ki, transfer hüququ “Olimpiakos”a məxsus olan Tarik Elyunussi “Qarabağ”da icarə əsasında oynayır.  

0