[b]Ronaldonun yubileyi[/b]
26.09.2017 - 23:14
[b]Ronaldonun yubileyi[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” ilə oyun “Real”ın futbolçusu Ronaldo üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “kral klubu”nun heyətində 400-cü oyununu keçirib.

 

Geridə qalan 399 görüşdə 409 qol vuran Ronaldo 125 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, portuqaliyalı 2009-cu ildən Madrid klubunun şərəfini qoruyur.

0