[b]Azərbaycan çempionu avrokubokda ev qarşılaşmasını səfərdə oynamağa razılaşdı[/b]
27.09.2017 - 18:34
[b]Azərbaycan çempionu avrokubokda ev qarşılaşmasını səfərdə oynamağa razılaşdı[/b]

Azərbaycan çempionu “Nur”un EHF kubokunun II təsnifat mərhələsində Danimarka “Viborq”u ilə oyunlarının keçirilmə günü və yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qadın həndbolçularımız hər 2 görüşünə səfərdə çıxacaqlar.

 

Belə ki, Viborqda baş tutacaq qarşılaşmalar oktyabrın 14-də və 15-də oynanılacaq. İlk matçda Mingəçevir təmsilçisi nominal ev sahibi olacaq.

 

Oyunların hər ikisi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, “Viborq” yarışa II təsnifat mərhələsindən başlayacağı halda, “Nur” I raunddan mübarizəyə qoşulub. Təmsilçimiz İsveçin “Lugi” klubunu yarışdan kənarlaşdırıb.  

 

0