[b]Avro-2017: Hollandiya və Serbiya yarımfinala yüksəldi[/b]
28.09.2017 - 21:52
[b]Avro-2017: Hollandiya və Serbiya yarımfinala yüksəldi[/b]

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında 2 qarşılaşma baş tutub.

 

Mərhələnin ilk görüşündə İtaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Çətinliklə üzləşməyən "narıncılar” 3:0 hesablı qələbə qazanaraq, yarımfinala yüksəliblər. Hollandların növbəti rəqibi Azərbaycan - Almaniya cütünün qalibi olacaq.  

 

Günə Serbiya – Belarus oyunu ilə yekun vurulub. Aşkar favorit hesab edilən serblər sensasiyaya imkan verməyiblər. Onlar 3:0 hesablı qələbə sayəsində yarımfinala adlayan ikinci komanda olublar. 

 

 

Avro-2017

1/4 final mərhələsi

28 sentyabr

İtaliya – Hollandiya - 0:3 (17:25, 20:25, 13:25)

 

Serbiya - Belarus - 3:0 (25:19, 25:12, 25:14)

0