[b]“Azərbaycanla oyunda nəticə qazanmaq mümkündü” [/b]
28.09.2017 - 10:16
[b]“Azərbaycanla oyunda nəticə qazanmaq mümkündü” [/b]

“Çox sevinirik, çünki dünyada tanınmış voleybolçuları olan komandaya qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Almaniya millisinin baş məşqçisi Feliks Koslovski deyib.

 

Gənc mütəxəssis Bakıda keçirilən Avropa çempionatının pley-off mərhələsində Bolqarıstana qalib gəlmələrindən (3:2) və 1/4 finalda Azərbaycanla oyunda şanslarından danışıb: “Biz çox gənc komandayıq. Rəqib isə təcrübəli oyunçulardan təşkil olunmuşdu. Oyunun əvvəlində bir az əsəbləşdim. Şansımızın olduğunu hiss edirdik. Hesabda geri düşməyimizə baxmayaraq, toparlandıq və “savaşdıq”. Bolqarıstanla görüşdən öncə də hər bir xal üçün mübarizə aparacağımızı demişdik. Dördüncü setdə “qapını yenidən açdıq”. Beşinci hissə isə daha yaxşı alındı. Lazımı oyunu göstərib, rəqibi çətin vəziyyətə saldıq. Bu da qələbə ilə nəticələndi. Qələbə üçün qürur duyuruq. Lakin işimizi hələ bitirməmişik. Qarşıda Azərbaycanla oyun var. Bu matçda da lazımı taktikanı qurub, ürəklə oynayıb, istədiyimiz nəticəni qazanmaq mümkündü”.

 

Qeyd edək ki, qrup mərhələsində Azərbaycana 1:3 hesabı ilə uduzan Almaniya komandamızla 1/4 final görüşünə sabah çıxacaq. 

0