[b]“Azərbaycanda kişi voleybolu dəstəklənmir” – Natalya Məmmədova[/b]
28.09.2017 - 16:11
[b]“Azərbaycanda kişi voleybolu dəstəklənmir” – Natalya Məmmədova[/b]

“Çempionatda əsas hədəfimiz medallar uğrunda mübarizə aparmaqdı. Düşünürəm ki, bu bizim gücümüzə görədi. Çox yaxşı komandamız var, həm də evdə oynayırıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova deyib.

 

Təcrübəli hücumçu Avropa çempionatının gedişi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Azərbaycan voleybolçuları yarışın əsas favoritlərindəndi: “Avropa çempionatında top-yığmaların səviyyəsi bərabərdi. Onların oyunları barədə öncədən nəsə demək belə çətin olur. Hətta Türkiyə millisi qrupda qala bilərdi. Mən çox istəyərdim ki, Ukrayna qalib gəlsin. Amma bir az gücləri çatmadı. Hesab edirəm ki, Azərbaycan yığması da Avropa çempionatının favoritidi. Düzdü, indiyədək heç vaxt medal qazanmamışıq. Amma həqiqətən də mükafatlar uğrunda oynamağa layiqik”.

 

Ukrayna Voleybol Federasiyasının saytına bütün dünya voleyboluna təsir etdiyini vurğulayan Məmmədova ölkəmizdə sevilən idman növlərindən də söz açıb: “Azərbaycanda güləş və cüdo kimi növlər çox inkişaf edib. İndi gimnastikanı da inkişaf etdirirlər. Komanda idman növlərindən futbol və qadın voleybolu yaxşı səviyyədə qalıb. Hətta kişi voleybolu da o qədər dəstəklənmir”.

 

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsini birinci yerdə başa vurmaqla, 1/4 finala yüksəlib. Komandamız yarımfinal üçün Almaniya ilə oynayacaq.

 

 

0