SİZİN REKLAM BURADA

“Möhtəşəm emosiyadı” - Valeriya Məmmədova

“12 ildən sonra yenidən Avropa çempionatının yarımfinalına vəsiqə qazandıq. Bu, möhtəşəm emosiyadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə millimizin oyunçusu Valeriya Məmmədova deyib.

 

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında komandamız inamlı çıxış edir. ¼ finalda Almaniya ilə qarşılaşan voleybolçularımız bu sınaqdan da üzüağ çıxıblar. Faiq Qarayevin yetirmələri 3:0 hesablı qələbə sayəsində adlarını 12 ildən sonra yenidən qitə birinciliyinin yarımfinal mərhələsinə yazdırıblar.

 

Matçla bağlı fikirlərini səsləndirən Məmmədova komandamızın layiqli şəkildə qələbə qazandığını bildirib. Təcrübəli libero artıq medallar barədə düşünməyin mümkün olduğunu vurğulayıb: “¼ final görüşü çox çətin idi. Almaniya yığması yaxşı oyun göstərdi. Buna baxmayaraq, onlar bizi dayandıra bilmədilər. Nəticədə sonluq istədiyimiz kimi oldu. Almaniya üzərindəki qələbədən sonra medallar haqda düşünə bilərik”.

 

Qeyd edək ki, millimiz bu gün baş tutacaq yarımfinal matçında Hollandiya yığması ilə üz-üzə gələcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10