[b]Azərbaycan yığması cəzalandı – mundialdan kənar qalacaq[/b]
30.09.2017 - 19:54
[b]Azərbaycan yığması cəzalandı – mundialdan kənar qalacaq[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi növbəti dəfə diskvalifikasiyaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, yığmamız Anahaymda keçiriləcək mundialda və qarşıdakı bir il ərzində bütün yarışlarda iştirak edə bilməyəcək.

 

Çoxsaylı dopinq qalmaqalı ilə üzləşən ölkələrlə bağlı qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) İcraiyyə Komitəsi verib. İdman Arbitraj Məhkəməsinin də İWF-ə 9 ölkə ilə bağlı sərt qərar verməyi tövsiyə etməsi diskvalifikasiyanın qaçılmaz edib.

 

Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukrayna dünya çempionatından kənar qalacaqlar. Yığmamızın bu siyahıya düşməsinə səbəb 5 dopinq-testin müsbət nəticələnməsidi.

 

Qeyd edək ki, Anahaymdakı dünya çempionatı noyabrın 27-dən dekabrın 5-dək keçiriləcək.

0