[b]Avro-2017: Millimiz 4-cü, Serbiya çempion oldu! - YENİLƏNİB[/b]
01.10.2017 - 21:08
[b]Avro-2017: Millimiz 4-cü, Serbiya çempion oldu! - YENİLƏNİB[/b]

Bu gün Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turnirin son günündə yarışın qalibi və üçüncü yerin sahibi bəlli olacaq.

 

İlk olaraq bürünc medallar öz sahibini tapıb. Saat 16:00-da zala Azərbaycan və Türkiyə milliləri daxil olublar. Qitə birinciliyində yarımfinala yüksəlməklə tarixinin ən yaxşı nəticəsini yeniləyən Faiq Qarayevin yetirmələri növbəti rekorda imza ata bilməyib.

 

Belə ki, “ay-ulduzlular” üzərində əldə olunacaq mümkün qələbə yığmamızın tarixinə ilk medal kimi düşəcəkdi. Ancaq komandamız gözlənilənlərin əksinə çox zəif çıxış edib. Voleybolçularımız ilk setdə qalib gəlsə də, sonradan Türkiyə qarşısında duruş gətirə bilməyiblər. Xüsusilə 3 və 4-cü setdə imkanlarının çox aşağısında oynayan Faiq Qarayevin yetirmələri yekunda meydanı başıaşağı tərk ediblər.

 

Finalda isə Hollandiya və Serbiya kimin ən güclü olduğunu aydınlaşdırıblar. Rəqibinə 3:1 hesabı ilə qalib gələn serblər qitənin ən güclüsü adını qazanıblar.

 

Avro – 2017

1 oktyabr

 

Bürünc medal uğrunda oyun

Azərbaycan – Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)

 

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

 

 

Final

Hollandiya – Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)

Hakimlər: Yura Mokri (Slovakiya), Eldar Zülfüqarov (Azərbaycan)

0