SİZİN REKLAM BURADA

“Mən Taysondan yox, anamdan qorxurdum” – Evander Holifild

Bu gun Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirak etmək üçün Azərbaycana gələn məhşur döyüşçülərin iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, konfransda Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin, Srisaket Sor Runqvisay, Fərhad Acalov, Rövşən Hüseynov və digər tanınmış məşhur boksçular iştirak ediblər.

 

Mətbuat konfransını giriş sözü ilə açan Holifilid Bakıda olmaqdan şad olduğunu deyib: “Burda olmaqdan çox şadam ve mənim üçün böyük şərəfdi. Səkkiz yaşım olanda düşünmüşdüm ki Məhəmməd Əli kimi çempion ola bilərəm. Dörd dəfə buna nail oldum. Bu gün şuranın üzvü kimi burda olduğum üçün şadam".

 

O, bir müddət əvvıl Konor Makqreqor və Floyd Meyvezer arasında baş tutan döyüşün şou olması ilə bağı iddialara da münasibət bildirib: "Biri deyəndə ki, mən səndən yaxşıyam, bu idman növünün adını alçalıdır. Makqreqor gücüldür. Dirsəkləri ilə yaxşı işləyirdi. Çevikliyi ilə qalib gələ bilərdi. İnsanlar boksu sevir. Boksu sevənlər bunu da xoşlayacaqlar. Əsas məsələ odur ki, rəqibin güclü olsun. Bu döyüşün boks adına xələl gətirdiyini düşünmürəm. Mayk Taysonla dəfələrlə döyüşümüz olub. Onun 17, mənim 21 yaşım vardı. Üçüncü raundda onu küncə sıxmışdım. Mən anamdan qorxurdum, ondan deyil. Bu cür məhşur boksçu ilə döyüşmək fürsətim olub. O vaxt insanlar yalnız bizdən danışırdı”.

 

Bernard Hopkins də fikirlərini bölüşüb: “Hər birinizə minnətdaram. Nazirliyə və WBC-ə təşəkkür edirəm. Bu qurum xüsusi yerə malikdir. Onların təşkil etdiyi yarışlarda heç bir tərəddüd olmur. Mötəbər qurumdur. Həm maraqlı vaxt keçririk, həm də ciddi müzakirələr aparırıq”.

 

Karlos Sarate isə iştirakçılar arasında ən yaşlı boksçu olduğunu bildirib: “Mən burda ən yaşlı döyüşçyüəm. Mən çempion olanda burdakıların çoxu dünyaya gəlməmişdi. Uzun illərdi bu cür tədbirlərdə iştirak edirəm. Bu cür boksçularla bir tədbirdə olmaq tarixi hadisədir”.

 

Konfrans iştirakçılarından biri olan Conni Nelson da çıxış edib: “Boksda son nəfəsimizə qədər qalacağıq. Uşaqlarımızı öyrədirik və ənənəni davam etdiririk. Boks çempionu olmaq istəyən mütləq WBC çempionu olmalıdı. Əsas budu. Mən buna 10 il əvvəl nail olmuşam”.

 

Srisaket Sor Runqvisay da burda olmaqdan çox məmnun olduğunu vurğulayıb. O, bu nailiyyətləri əldə etməyin və turnirlərə qatılmağın uşaqlıq arzusu olduğunu deyib.

 

Kostya Tszyu özünün azərbaycanlı azarkeşlərə tanış döyüşçü olduğunu qabardıb: “Bu tədbirdə olmaq xoşdur. Azərbaycan əvvəl SSRİ tərkibində olub. Burda məni çox adam tanıyır. İttifaqı təmsil etmişəm. Yeni nəslə bu ənənəni ötürmək vacibdir. Hazırlıq məsələsi çox önəmlidir. Müxtəlif məşqlər var. Düzgün məşqçi heyəti varsa, hər şey alınacaq. Promoyterlər də tapmaq lazımdır. Əsas odur ki, istək olsun”.

 

Rusiyalı Yuri Arbaçakov da tədbirdə iştirak etməkdən məmunuluğunu dilə gətirib: “Çox xoşdur burda olmaq. Çempion adı qazanmışam və adımı 9 dəfə müdafiə etmişəm. İstərdim döyüşlər cəlbedici olsun və maraqlı keçsin. WBC çempionlarının hər zaman zirvədə olmasını arzulayıram”.

 

Azərbaycanlı boksçu Fərhad Acalov da konfransda söz alıb: “Əlamətdar bir gündür. Bizim peşəkar boksçularımız üçün böyük təkan olacaq. İstərdim bu kəməri azərbaycanlılar da əldə etsinlər. Buna inanıram”.

 

Rövşən Hüseynov fikrini qısa ifadə edib: “Ən güclü boksçular bura yığışıb. Onlara baxıb sevinirəm ki, Bakıdadılar. Ümidvaram ki, bir gün Azərbaycan da bu ittifaqa üzv olacaq”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10