[b]Çexiya millisində 2 dəyişiklik[/b]
02.10.2017 - 13:19
[b]Çexiya millisində 2 dəyişiklik[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan və San-Marino ilə qarşılaşacaq Çexiya yığmasında dəyişiklik edilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Karel Yarolim 2 oyunçunu komandadan uzaqlaşdırıb.

 

Belə ki, müdafiəçi Teodor Gebre-Selassie və hücumçu Milan Şkoda millimizlə qarşılaşmanı buraxmalı olacaqlar. Şkoda zədədən əziyyət çəkirsə, Gebre-Selassie ailə vəziyyəti ilə əlaqədar baş məşqçidən icazə istəyib.

 

Yarolim boş qalan yerləri artıq doldurub. O, “Slaviya”nın yarımmüdafiəçisi Yan Şikora ilə “Sparta”nın hücumçusu Vaçlav Kadleçi Azərbaycan və San-Marino ilə matçlara dəvət edib.

 

Qeyd edək ki, oktyabrın 5-də yığmamızın qonağı olacaq Çexiya bundan 3 gün sonra San-Marinonu qəbul edəcək.

0