[b]Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı[/b]
03.10.2017 - 18:28
[b]Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırdı[/b]

Azərbaycan prezidenti İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

0