[b]Yevlax cüdoçuları hamını qabaqladı - FOTOSESSİYA[/b]
05.10.2017 - 09:00
[b]Yevlax cüdoçuları hamını qabaqladı - FOTOSESSİYA[/b]

Quzanlıda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Aran Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

 

Yevlax cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

 

Qeyd edək ki, Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Zaqatalada davam etdiriləcək.

0