SİZİN REKLAM BURADA

“Azərbaycan xalqına çox təşəkkür edirəm”

“Yay mövsümü mənim üçün çox ağır keçdi. Öncə Bolqarıstanda dünya çempionatının seçmə mərhələsində oynayıb, final mərhələsinə vəsiqə qazandıq. Ardınca Azərbaycanda Avropa çempionatına qatıldıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin voleybolçusu Eda Erdem Dündar deyib.

 

30 yaşlı blokçu Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatını dəyərləndirib. Yarışın simvolik komandasında da yer alan voleybolçu hər şeyə görə xalqımıza minnətdarlıq edib: “Qrupumuz olduqca çətin idi. Son 2 ilin Avropa çempionu Rusiya, hazırda yaxşı formada olan Bolqarıstanla eyni qrupdaydıq. Onlara səhvlərimiz səbəbindən uduzsaq da, Ukraynaya qalib gələ bildik. Bununla mərhələ adladıq. Ardınca Polşa və Rusiyanı mübarizədən kənarlaşdırdıq. Yarımfinalda Serbiyaya məğlub olduq. Amma əsas məqsədimiz medal qazanmaq idi. 3-cü yer uğrunda Azərbaycanla üz-üzə gəldik və onları da yenərək, Avropa çempionatının bürünc medalını qazandıq. Buradan Azərbaycan xalqına çox təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər”.

 

Qeyd edək ki, Azərbaycan Türkiyə ilə 3-cü yer uğrunda matçda ilk seti qazansa da, ardınca məğlubiyyətə üzülüb. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10