[b]Almaniyanı mundiala aparan qələbə[/b] - [b]VİDEO[/b]
06.10.2017 - 01:00
[b]Almaniyanı mundiala aparan qələbə[/b] - [b]VİDEO[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizlə bərabər C qrupunda mübarizə aparan Almaniya millisi mundiala vəsiqəni təmin edib. Apasport.az saytının məlumatına görə, bundestim buna Şimali İrlandiya ilə oyunda qazandığı qələbə sayəsində nail olub.

 

3:1 hesablı qələbə qazanan Yoahim Lövün komandası 9 oyundan sonra 9 qələbə 27 xal toplayıb və birinciliyi bir tur öncədən rəsmiləşdirib.

 

Qeyd edək ki, Almaniya son matçını millimizə qarşı keçirəcək.

0