[b]Şəhriyar Məmmədyarov “Odlar Yurdu”ndan niyə imtina edib?[/b]
06.10.2017 - 10:00
[b]Şəhriyar Məmmədyarov “Odlar Yurdu”ndan niyə imtina edib?[/b]

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun klublararası Avropa çempionatında “Odlar Yurdu”nda yer almamağının səbəbi bilinib. Apasport.az saytının məlumatına görə, yığmamızın lideri Türkiyənin Antalya şəhərində keçiriləcək yarışda Rusiya komandasının şərəfini qoruyacaq.

 

O, çempionatın favoriti və reytinqdə birincisi olan “Qlobus”un şərəfini qoruyacaq. Bu komandada Məmmədyarovla yanaşı, Vladimir Kramnik, Aleksandr Qrişuk, Sergey Karyakin, Aniş Giri, Yan Nepomnyaşi, Anton Korobov və Denis Xismatullin yer alacaqlar.

 

Digər həmyerlilərimiz Nicat Məmmədovla Vüqar Əsədli Türkiyənin “Genç Akademisyenler Eğitim Kültür ve Araştırma” klubunun uğurları üçün çalışacaqlar. Ülvü Sadıqov isə “Karaman Belediyesi Spor”a köməklik edəcək.

 

Qeyd edək ki, yarışda ümumilikdə 36 kişi komandası mübarizə aparacaq. Qalibin adına oktyabrın 15-də aydınlıq gələcək. 

0