SİZİN REKLAM BURADA

Vüqar Şirinli Qran-prinin çempionudu - YENİLƏNİB

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı tatamiyə çıxıb. Onlardan Vüqar Şirinli bütün rəqiblərini məğlub edərək, çempion tituluna yiyələnib.

 

Kişilər

60 kq

İlk mərhələdən azad olan Vüqar Şirinlinin ilk döyüşü 1/4 finala təsadüf edib. O, Suşrob Boqiyevlə (Türkmənistan) üz-üzə gəlib. Görüş Şirinlinin asan qələbəsi ilə yükunlaşıb. İpponla qalib gələn təmsilçimiz yarımfinalda özbəkistanlı Doston Ruziyevlə münasibətinə aydınlıq gətirib. Vüqar bu dəfə də tatamidən qalib ayrılaraq, finala vəsiqə qazanıb. 

 

O, həlledici görüşdə İslam Yaşuyevlə (Rusiya) qarşılaşıb. Şirinli bu dəfə də rəqibindən üstün olub və qızıl medala yiyələnib. 

 

66 kq

Şirinlidən fərqli, Orxan Hacıağalı mübarizəyə 1/8 finaldan başlayıb. Təəssüf ki, həmyerlimiz startdaca məğlubiyyətə üzülüb. O, monqolustanlı Altansuh Dovdona ipponla uduzub. 

 

Qeyd edək ki, yığmamız Qran-priyə 5 cüdoçu ilə yollanıb.  

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10