[b]Son sınaq[/b]
07.10.2017 - 11:09
[b]Son sınaq[/b]

Sabah DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 qrupda qarşılaşmalara yekun vurulacaq.

 

Azərbaycan millisinin də yer aldığı C qrupunda da son görüşlər baş tutacaq. İlk iki yerin sahibi müəyyənləşdiyindən X tur formal xarakter daşıyacaq.

 

Robert Prosineçkinin yetirmələri qrupdakı son matçını səfərdə keçirəcək. Yığmamız Almaniya ilə görüşəcək. Keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Bundestim artıq mundiala vəsiqəni təmin etsə də, seçmə mərhələni 100 faizlik nəticə ilə başa vurmaq iddiasındadı.

 

Bu üzdən son iki səfər oyununda xal qazana bilməyən millimizin möcüzə şansları da çox aşağıdı. Çünki Yoahim Lövün yetirmələri formal xarakterli matça da 3 xal üçün çıxacaq.

 

İndiyədək Bundestimlə keçirdiyi bütün görüşlərdə uduzan komandamız üçün matç təksə tsiklin deyil, həm də ilin son oyunudu. Noyabr üçün yoxlama oyunu nəzərdə tutulmadığından Almaniya ilə görüşlə 2017-ci ilə də yekun vurulacaq.

 

Milli karyerasını başa vuran Rəşad Sadıqovun yoxluğundakı ilk görüşdə müdafiə xəttinin lidersiz durumuna da aydınlıq gələcək. Dünya çempionu qarşısında imtahan həm də baş məşqçi Robert Prosineçki üçün son sınaqdı. Müqaviləsi ilin sonunda başa çatan xorvatiyalı ilə anlaşmanın uzadılması gözlənilən deyil.

 

Seçmə mərhələni əksər vaxtlarda olduğu kimi yenə 5-ci sırada bitirməyə yaxın olan millimiz yalnız sensasiya ilə mövqeyini dəyişə bilər. Amma bunun real görünməməsi o anlama gəlir ki, komandamız yalnız San-Marinonu qabaqlayacaq.

 

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı Kayzerslautern şəhərində keçiriləcək.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

X tur, 8 oktyabr

22:45. Almaniya – Azərbaycan

Baş hakim: Andris Treymanis
Baş hakimin köməkçiləri: Harald Qudermanis, Aleksey Spasyonnikov

Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)
Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya)
Komissar: Jan-Fransua Kruk (Belçika)

Kayzerslautern. Frits Valter stadionu

 

1.

Almaniya

9

9

0

0

38-3

27

2.

Şimail İrlandiya

9

6

1

2

17-5

19

3.

Çexiya

9

3

3

3

12-10

12

4.

Norveç

9

3

1

5

16-16

10

5.

Azərbaycan

9

3

1

5

9-14

10

6.

San Marino

9

0

0

9

2-46

0

 

 

0