DÇ-2018-in seçmə mərhələsində son oyununu keçirəcək Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma rəqiblər arasında 6-cı duel olacaq.
İndiyədək 5 dəfə Almaniya ilə üz-üzə gələn yığmamız bütün qarşılaşmalarda uduzub. İlk dəfə DÇ-2010-nun seçmə mərhələsində yolları kəsişən komandaların duellərində yalnız bir komanda qol vurub. Bundestim iki matçda ümumilikdə 6 cavabsız qol vurub – 2:0, 4:0.
Bundan sonra millimizin də qol vurmaq tendensiyası yaranıb. AÇ-2012-nin seçmə oyunlarının ikisində də uduzan yığmamız meydanı qolsuz tərk etməyib – 1:6, 1:3. Cari tsiklin ilk duelində də ənənələr pozulmayıb. Almaniya ən azı iki top fərqilə qalib gəlsə də, yığmamız ardıcıl 3-ü dəfə rəqib qapısına yol tapıb. Lakin hər üç qarşılaşmada yeganə qol sonda təsəlli xarakteri daşıyıb.
DÇ-2010-nun seçmə mərhələsi
12 avqust 2009. Bakı. DÇ. Azərbaycan – Almaniya – 0:2
9 sentyabr 2009. Hannover. DÇ. Almaniya – Azərbaycan – 4:0
AÇ-2012-nin seçmə mərhələsi
7 sentyabr 2010. Köln. AÇ. Almaniya – Azərbaycan – 6:1
7 iyun 2011. Bakı. AÇ. Azərbaycan – Almaniya – 1:3
DÇ-2018-in seçmə mərhələsi
26 mart 2017. Bakı. DÇ. Azərbaycan – Almaniya – 1:4