[b]Azərbaycan klubları liderlər sırasında[/b]
10.10.2017 - 09:24
[b]Azərbaycan klubları liderlər sırasında[/b]

Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci turu da Azərbaycan komandaları üçün uğurlu alınıb.

 

Belə ki, həm qadınlardan, həm də kişilərdən ibarət “Odlar Yurdu” yenə qələbəyə seviniblər. Onlar müvafiq olaraq, “Riqa Texniki Universitet”ni və “Nona” klublarını məğlub ediblər.

 

Bu gün kişilərdən ibarət “Odlar Yurdu” İtaliyanın “Padova” klubu ilə üz-üzə gələcək. Qadın şahmatçılarımızın rəqibi isə Belarus “Bossa Nova”sı ilə qarşılaşacaqlar.

 

II tur

RİQA TEXNİKİ UNİVERSİTETİ (LATVİYA) - ODLAR YURDU - 1,5:4,5
Toms Kantans (2524) - Arkadi Naydiç (2702) - 0,5:0,5
Aloyzas Kveinis (2535) - Rauf Məmmədov (2678) - 0:1
Laura Roqule (2325) - Qadir Hüseynov (2647) - 1:0
Anna Kantane (2276) - Eltac Səfərli (2632) - 0:1
Gqons Lavendelis (2274) - Nicat Abasov (2587) - 0:1
Ritvars Reimanis (2294) – Azər Mirzoyev (2555) - 0:1

 

Turnir cədvəli: 1. “Qlobus” (Rusiya), 2. “Novi Bor” (Çexiya), 3. “Odlar Yurdu” (Azərbaycan) - hamısı 4 xal.

 

ODLAR YURDU - NONA (GÜRCÜSTAN) - 2,5:1,5
Zeynəb Məmmədyarova (2298) - Nana Dzaqnidze (2520) - 1:0
Ülviyyə Fətəliyeva (2348) - Harika Dronavali (2528) - 0,5:0,5
Gülnar Məmmədova (2385) - Nino Batsiaşvili (2472) - 0:1
Xanım Balacayeva (2319) - Salome Melia (2412) - 1:0

 

Turnir cədvəli: 1. “Bossa Nova” (Belarus), 2. “Odlar Yurdu” (Azərbaycan) – hər ikisi 4 xal, 3. “Leqacy Square” (Rusiya) - 3. 

 

0